30 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu il TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

27 İyul 2023

Bu ilin yanvar-iyun aylarında Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 6,3 milyard kubmetr həcmində “mavi yanacaq” ötürülüb.

Bunu  TAP AG konsorsiumundan bildirilib.

Qeyd edilib ki, bunun 5 milyard kubmetri İtaliyaya, 0,4 milyard kubmetri Yunanıstana və təxminən 0,8 milyard kubmetri Bolqarıstana daşınıb.

Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 25,8 milyard kubmetr qaz nəql edilib. Bunun 1,22 milyard kubmetri Bolqarıstana, 2,8 milyard kubmetri Yunanıstana, 21,6 milyard kubmetri isə İtaliyaya göndərilib.

Konsorsiumdan bildirilib ki, 2022-ci ildə TAP vasitəsilə 11,35 milyard kubmetr qaz daşınıb və bunun 9,69 milyard kubmetri İtaliyaya, 1,13 milyard kubmetri Yunanıstana, 0,44 milyard kubmetri Bolqarıstana ötürülüb.

“TAP-ın ilkin gücü (10 milyard kubmetr) 2013-cü ildə 25 il müddətinə bağlanmış uzunmüddətli müqavilələr əsasında çatdırılır. İlkin tutumun təqribən 5 %-nə uyğun gələn qısamüddətli tutum “PRISMA” tutum sifarişi platforması (https://edp.tap-ag.com/) vasitəsilə Avropa qaydalarına uyğun olaraq auksionlar vasitəsilə bron etmək üçün əlçatandır”, – TAP AG qeyd edir.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükünə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlanılıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…