20 baxış
Bu yazını paylaşın
Siyasi

Bu il mediasiya ilə bağlı ombudsmana şikayət edən olmayıb

27 İyul 2023

“Cari ilin ilk 6 ayı ərzində mediasiya ilə bağlı ombudsmana şikayət edən olmayıb”.

TELEJURNAL-ın  xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə qeyd olunan sahə ilə əlaqədar ombudsmana ünvanlanmış şikayətlər əsas etibarı ilə mediatorlar tərəfindən etik davranış normalarının pozulması, mediasiya sessiyası zamanı tərəflərin hüquq bərabərliyinin təmin olunmaması, mediasiya sessiyası barədə bildirişin təqdim edilməməsi və sənədləşmə prosesindəki nöqsanlarla bağlı olub: “Şikayətlərlə əlaqədar tərəfimizdən Mediasiya Şurasına ünvanlanmış müraciətlər əsasında operativ araşdırmalar aparılıb, pozuntu müəyyən edildiyi hallarda onların aradan qaldırılması və intizam məsuliyyəti tədbirlərinin tətbiqi təmin edilib.

Bu, bir daha onu göstərir ki, mediasiya fəaliyyətinin və bu sahəni nizamlayan normativ-hüquqi aktların vaxtaşırı monitorinqinin aparılması və mövcud boşluqların aradan qaldırılması vacibdir. Mediasiya sahəsində xarici ölkələrin təcrübəsinin təhlili də bu sahədə fəaliyyətin təkmilləşdirilməsində əhəmiyyətli rol oynaya bilər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…