22 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Bu il İTSDA-ya ən çox vətəndaş müraciəti Prezident Administrasiyasından yönəldilib Bu il İTSDA-ya ən çox vətəndaş müraciəti Prezident Administrasiyasından yönəldilib

20 İyun 2023

“Bu ilin yanvarın 1-dən indiyədək ən çox Prezident Administrasiyası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) 3340 müraciət daxil olub”.

 

“Telejurnal” xəbər verir ki, bunu Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin vətəndaş müraciətləri şöbəsinin müdiri İlham Hüseynov deyib.

 

Onun sözlərinə görə, müraciətlərin 2966-sı ərizə, 374-ü isə şikayət formasında daxil olub: “Bunlardan 270-i həllini tapıb, 106-sı qismən təmin edilib, 512-nə müvafiq izahat verilib, 1-nə dövlət proqramlarında icrası nəzərdə tutulub”.

 

Şöbə müdiri həmçinin bildirib ki, müraciətlərdən 206-sı hazırda icradadır, 2010-u baxılmaq üçün aidiyyəti təşkilata göndərilib və 17-si isə baxılmamış saxlanılıb.

 

Diqqətə çatdırılıb ki, qeyd edilən dövrdə Milli Məclisdən 246, Nazirlər Kabinetindən 327, digər təşkilatlardan isə 297 müraciət yönəldilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…