44 baxış
Bu yazını paylaşın
İctimai

Bu il I ixtisas qrupu üzrə ən yüksək bal 693, IV ixtisas qrupu isə 678,2 olub

04 Avqust 2023

Bu il I ixtisas qrupu üzrə ən yüksək bal 693, IV ixtisas qrupu isə 678,2 olub.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki,imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər –Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…