28 baxış
Bu yazını paylaşın
İctimai

Bu il Bakıda məktəbi qızıl və gümüş medalla bitirən şəxslərin sayı açıqlanıb.

28 İyul 2022

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.

Bu barədə TELEJURNAL. az Report-a istinadən xəbər verir ki,  İdarədən məlumat verilib.

Bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 34, 44, 53, 72, 108, 111, 125, 128, 129, 149, 187, 236, 249, 89 (2 nəfər) nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-lisey, 147 nömrəli Texniki-humanitar lisey, 291 nömrəli “Ekologiya” liseyi, 2 nömrəli Texniki-humanitar lisey (2 nəfər), 287 nömrəli “Zəkalar” liseyinin (2 nəfər) şagirdləri qızıl, 27, 44, 72, 128, 149, 175, 196, 214, 260, 281, 313, 18 (2 nəfər), 309 (2 nəfər) nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…