235 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu il “Azərişıq” 100-dən çox kəndin elektrik enerji şəbəkəsini yenidən quracaq

26 Yanvar 2022

“Azərişıq” ASC tərəfindən bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
“TELEJURNAL” AZƏRTAC-a xəbər verir ki, layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 95 kilometrə yaxın 10 kV-luq, 103 kilometrə yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.
Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 28 kilometrdən çox 10 kV-luq xətt, 46 kilometrdən çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…