79 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-iyul ayları ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6 936 müraciət daxil olub.

TELEJURNAL-ın  məlumatına görə, bunu qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, daxil olan müraciətlərin sayı 2022-ci ilin aylıq dövrü ilə müqayisədə 296 müraciət azdır.

O bildirib ki, bunlardan 3 231 müraciət “Opentext” proqramı vasitəsilə daxil olub: “Bu proqram elektron sənəd dövriyyəsi adlanır. Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur”.

İ. Kərbəlayev həmçinin qeyd edib ki, daha 3 705 müraciət elektron formada daxil olub: “Daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub. Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavabladırılması həyata keçirilib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…

“Abşeron” qaz-kondensat yatağına yeni səhmdar daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” şirkəti və…