379 baxış
Bu yazını paylaşın
Siyasi

Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

07 Yanvar 2022

Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir.
“TELEJURNAL” xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə fəaliyyəti, yeni müdavimlərin hazırlanması və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində öhdəliklər, çağırışlar və onların həlli üsulları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Vüqar Süleymanov qeyd edib ki, məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər əsas humanitar minaaxtarma və döyüş sahələrinin təmizlənməsi, eləcə də humanitar minatəmizləmə fəaliyyətinə inteqrasiya üzrə kurslardan ibarətdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…