98 baxış
Bu yazını paylaşın
Uncategorized

“Bu hesabat muzdlu döyüşçülərin düşmən ordusunda olmasını sübut edir”

08 Oktyabr 2020

“Jurnalistin hesabatı erməni mənşəli Fransa vətəndaşlarının muzdlu döyüşçülər kimi Ermənistan ordusunun sıralarında olduğunu və Azərbaycanın mülki əhalisinə və ordusuna hücum etdiyini sübut edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında “Novaya qazeta”da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportaja münasibətində deyib.

“Azərbaycanı ittiham etmək əvəzinə, həmin ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – deyə Prezidentin köməkçisi yazıb.

Qeyd edək ki, “Novaya Gazeta”nın  Dağlıq Qarabağ bölgəsinə ezam olunan müxbiri İlya Azar Ermənistanda əsgərlərin silah və geyim formaları çatışmazlığı yaşaması və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu yazıb. Onlar Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyanın da qəzetə açıqlamasını dərc ediblər. O, müsahibəsində Ermənistan hakimiyyətinin xalqı aldatmasını, 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərməsini deyib.

Reportaj sözügedən qəzetdə dərc olunduqdan sonra Ermənistan Xarici İşlər Nazirliyi İlya Azarın akkreditasiyasınıləğv edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…