39 baxış
Bu yazını paylaşın
Siyasi

Bu həftənin sonunda Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

08 May 2023

Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

TELEJURNAL  “Financial Times”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənsitanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”.

Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…