63 baxış
Bu yazını paylaşın
İctimai

“Bu hadisələrlə bağlı 12 cinayət işi başlanılıb”

03 Oktyabr 2020

“Dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərə ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb”. 

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, sentyabrın 27-dən etibarən erməni silahlı bölmələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur:

“Həmin gündən bu vaxta qədər 19 mülki şəxs həlak olub. Onlardan 5 nəfər Goranboy, 8 nəfər Tərtər, 4 nəfər Ağdam, 2 nəfər isə Füzuli rayon sakinidir. Öldürülən şəxslər arasında uşaq və qadınlar da var.  Həlak olanlardan 14 nəfər kişi, 3 nəfər qadın, 2 nəfər isə azyaşlıdır. Naftalan şəhərində bir evə düşmüş mərmi nəticəsində ailə başçısı Elbrus Qurbanov və ailənin 4 üzvü həlak olub.

Ağdam rayonunda Coşqun Paşayev erməni silahlı bölmələrinin atəşi nəticəsində həlak olub. Tərtər rayonunda mülki əhalinin yaşadığı ərazilərin atəşə tutulması bu gün də davam edir. Rayonun Şıxarx qəsəbəsində 3 nəfər həlak olub, onlardan ikisi doğma qardaş olub. Tərtər rayonunda Ayna Mehdiyeva da erməni hücumu nəticəsində həyatını itirib. Füzuli rayonu, Cəbrayılın Cocuq Mərcanlı kəndinə mütəmadi atəşə tutulması nəticəsində iki nəfər həlak olub. Sonuncu ölüm hadisəsi isə Ağdam rayonunda baş verib.

Bu hadisələrlə bağlı 12 cinayət işi başlanılıb. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən istintaq aparılır.

Erməni təxribatı nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. 300-dən artıq yaşayış və qeyri-yaşayış binaları atəşə tutularaq yararsız hala salınıb, bunun nəticəsində dəyən ziyan hesablanır. Həmin rayonlara Baş Prokurorluqdan əlavə prokurorlar ezam olunub. Dünən erməni silahlı qüvvələrinin atdığı atəş nəticəsində Tərtər rayon prokurorluğunun qarşısında partlayış olub və 1983-cü il təvəllüdlü müstəntiq ağır xəsarət alıb. Həmin əməkdaşımız əməliyyat olunub, ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq.

Hərbi cinayətlərlə bağlı 5 cinayət işi başlanılıb, bu işlərlə bağlı istintaq da davam etdirilir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…