53 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu günədək daxili bazarda 3660 unsiya qızıl satışı həyata keçirilib

23 Dekabr 2021

Cari ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb. İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, “AzerGold” QSC daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışını həyata keçirir.

Operativ rəqəmlərə əsasən, bu günə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl, 14,6 min unsiya gümüş satışı həyata keçirilib. Sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb olunub. Daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib. Nəticədə dövriyyəyə 3,7 milyon manat məbləğində vəsait cəlb edilib (daxili bazarda ümumi satışın 30 faizi). Daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüş satılıb. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb olunub (daxili bazarda ümumi satışın 70 faizi).

https://azertag.az/xeber/Bu_gunedek_daxili_bazarda_3660_unsiya_qizil_satisi_heyata_kechirilib-1959296

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…