69 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu günədək 16 daxili bazar araşdırmasına dövlət dəstəyi göstərilib

10 Dekabr 2021

Bu günədək mikro və kiçik sahibkarların müraciəti əsasında 16 daxili bazar araşdırmasına dövlət dəstəyi göstərilib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.

O bildirib ki, bir sıra zəruri sahələr üzrə KOBİA tərəfindən də 25 daxili bazar araşdırması aparılıb və bunlar agentliyin internet səhifəsində yerləşdirilir. Qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, innovativ məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA tərəfindən dövlət dəstəyi göstərilir. Pandemiya kimi qeyri-müəyyən dövrlərdə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər.

https://azertag.az/xeber/Bu_gunedek_16_daxili_bazar_arasdirmasina_dovlet_desteyi_gosterilib-1947770

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…