308 baxış
Bu yazını paylaşın
İctimai

Bu gündən 9 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

07 Sentyabr 2022

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

“TELEJURNAL.AZ” xəbər verir ki, elanın tam mətni “Abituriyent” jurnalının bu nömrəsində çap olunub.

Jurnalda, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında) bu gün saat 12:00-dan etibarən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2022-ci il 7 sentyabrdan 11 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…