65 baxış
Bu yazını paylaşın
Dünya

Bu gün Tacikistanda prezident seçkiləridir

11 Oktyabr 2020

Bu gün Tacikistanda prezident seçkiləri keçirilir.

“telejurnal” “TASS”a istinadən xəbər verir ki, bu, müstəqil respublikanın tarixində sayca altıncı dövlət başçısı seçkiləri olacaq. Daha öncəki beş seçkidən dördündə hazırkı prezident Emoməli Rəhmon qələbə qazanıb. 68 yaşlı siyasətçi artıq 28 ildir ölkəyə başçılıq edir. 2016-cı ildə respublika Konstitusiyasına dəyişikliklər edilib və bu dəyişikliklər ona qeyri-məhdud sayda prezident seçilməsinə imkan verir. Bu dəfə Emoməli Rəhmonun namizədliyini Tacikistanın hakim Xalq Demokratik Partiyası irəli sürüb.

Emoməli Rəhmonun rəqibləri isə aşağıdakı dörd namizəddir:

Tacikistanın Kommunist Partiyasının lideri Mirodj Abdulloyev – 72 yaşlı siyasətçi namizədlər arasında ən yaşlısıdır. O, prezident seçkilərində birinci dəfədir iştirak edir.

Daha bir namizəd Tacikistanın Aqrar Partiyasının sədri Rustam Latifzodadır. O da prezident seçkilərində birinci dəfədir iştirak edir.

Tacikistanın İqtisadi İslahatlar Partiyasından namizəd isə 60 yaşlı Rustam Raxmatzodadır. Siyasətçi ilk dəfədir ki, prezident seçkilərində iştirak edir.

Tacikistan Sosialist Partiyasının 70 yaşlı lideri Abduxalim Qafforzada isə artıq üçüncü dəfədir ki, prezidentliyə namizədliyini irəli sürür. O, 2006-cı ilin seçkilərində 2,8%, 2010-cu ildə isə 1,5% səs toplamışdı.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…