57 baxış
Bu yazını paylaşın
Siyasi

Bu gün saat 2-dən Ermənistan Qarabağa gedən yolları boşaldır

02 Oktyabr 2020

İşğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib. Bildirilib ki, məhdudiyyətlər 2 oktyabr saat 14:00-dan etibarən qüvvəyə minəcək.

Məhdudiyyətlər Qarabağa girmək və cəbhəyə yardım əşyalarının aparılması ilə əlaqədardır. Qeyd olunub ki, Qarabağa getmək istəyən şəxslər bunun üçün bir sıra qurumlardan icazə almalıdırlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…