17 baxış
Bu yazını paylaşın
Siyasi

Bu gün litvalı deputatlar Zəngilana səfərə gedir

23 May 2023

Litvalı deputatlar bu gün Azərbaycanın Zəngilan rayonuna səfər edəcək.

Bu barədə “Telejurnal” a MM-dən bildirilib.

Belə ki, mayın 23-də Milli Məclisin (MM) Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfər olan Litva Seyminin sədr müavini Yonas Yarutisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev qonaqları salamlayaraq, Litva nümayəndə heyətinin dünən Milli Məclislə ATƏT PA-nın birgə keçirdiyi konfransda iştirakını, parlamentin spikeri Sahibə Qafarova ilə görüşünü, aparılan səmərəli danışıqları qeyd edib. O, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini deyən dostluq qrupunun rəhbəri Azərbaycanın enerji sahəsində Avropa ilə geniş əməkdaşlıq etdiyini bildirib.

Nəsib Məhəməliyev ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərin rolundan danışaraq, parlamentlərarası dostluq qrupları arasında sıx əlaqələrin olduğunu, deputatlarımızın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq etdiyini söyləyib.

Litvalı deputatların bu gün Azərbaycanın Zəngilan rayonuna səfər edəcəyini deyən dostluq qrupunun rəhbəri, orada Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi dağıntı və vandalizmin şahidi olacaqlarını bildirib. O, bununla yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz gücü ilə azad etdiyi torpaqlarımızda hazırda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görüldüyünü vurğulayıb. Burada yeni infrastrukturun, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, alternativ enerji layihələrinin həyata keçirildiyindən bəhs edib. Nəsib Məhəməliyev azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Ermənistan tərəfindən basdırılan minaların maneçilik törətdiyini də diqqətə çatdırıb.

Litva Seyminin sədr müavini Yonas Yarutis səmimi görüşə görə təşəkkürünü ifadə edərək, Azərbaycan və Bakı şəhəri haqqında xoş təəssüratlarını bölüşüb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib. Qonaq dünyada gedən mürəkkəb proseslərdən danışaraq, dövlətlərin davamlı inkişafı, xalqların firavanlığı üçün sülhün, sabitliyin, əmin-amanlığın mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Yonas Yarutis parlamentlərarası münasibətlərin gücləndirilməsi, dostluq qrupları arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Rasim Musabəyov, Kamilə Əliyeva, Vüqar İskəndərov, Şahin İsmayılov, Litva nümayəndə heyətinin üzvləri Kazis Starkeviçus, Orinta Leipute, Rimante Salaseviçuyte iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…