67 baxış
Bu yazını paylaşın
Siyasi

Bu gün daha 500 azərbaycanlı Xarkovdan təxliyə edilib

01 Mart 2022
Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə kömək göstəriləcək.
Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

“Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır. Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, – məlumatda qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…