172 baxış
Bu yazını paylaşın
Siyasi

Bu gün azərbaycanlılardan ibarət 60 nəfərlik qrup Xarkovu tərk edəcək

28 Fevral 2022

“Hazırda Xarkovda vəziyyət olduqca acınacaqlıdır. Şəhər bir neçə saat əvvəl güclü raket atəşinə tutulub”.

“TELEJURNAL” xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, raket hücumları nəticəsində 100-lərlə insan ölüb: “Yaralananların sayı-hesabı yoxdur. İndi dəmiryolu vağzalındayam. Azərbaycanlı tələbələrdən və işləyən 60-dan çox şəxsdən ibarət qrupla şəhərdən çıxmaq niyyətindəyik. Çünki axşama daha ağır zərbələrin olacağı gözlənilir. Buna görə, Lvov və Polşa istiqamətinə hərəkət etməyi planlaşdırırıq”.

S.Adıgözəlli bildirib ki, həmin şəxslər üçün Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə biletlər alınıb. Mərkəz sədri əlavə edib ki, şəhərdə konsulluğun inzibati binası da təhlükə altındadır: “Bizə də məsləhət görüldü ki, şəhərdən çıxaq. Şəhərin ətrafına “İsgəndər” raketləri yerləşdirilib”.

S.Adıgözəlli şəhərin raket atəşinə tutulması nəticəsində xəsarət alan və ya ölən azərbaycanlılar barədə məlumatın olmadığını qeyd edib: “Yəqin ki, axşama kimi məlumat olacaq. Hazırda azərbaycanlıların şəhərdən çıxarılması üçün işlər görülür. Mümkün qədər axşam və ya sabah səhər reysləri ilə qalan şəxslərin şəhərdən çıxarılmasına çalışılacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…