110 baxış
Bu yazını paylaşın
Müsahibə

Bu gün Azərbaycan bölgənin siyasi lideridi-Qabil Hüseynli

02 İyul 2023

 

Azərbaycan xarici siyasəti son illərdə çox uğurludur  və ciddi nailiyyətlər əldə edir. Bu mövzu ilə bağlı politoloq Qabil Hüseynli Telejurnal.az açıqlama verib.

Politoloq qeyd edir ki, bu beynəlxalq arenada ölkəmizin siyasi çəkisini dahada artırıb, ölkəmizə beynalxalq münasibətlərdə daha dinamik rol oynamağ imkan yaradıb. Bu gün Azərbaycan bölgənin siyasi lideridi.  İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni siyasi komfiqurasiya formalaşıb bu siyasi komfiqurasiya Azərbaycanın bilavasitə təşəbbüs və praktiki rəhbərliyi ilə həyata keçirilib Azərbaycan xarici siyasətinə təsir eden amillərdən biridə onun enerji resurslarıdı.  Azərbaycan bu enerji resurslarını Avropa bazarlarına çıxarmaqla böyük uğurlar qazanıb və qazanmaqda da davam edecek. Rusyanın qərb bazarlarından çıxarılmasından sonra qərbin qaz təchizatından ölkəmiz önəmli rol oynayır.  Bu gün biz Avropa bazarlarına hər il iyirmi milyard klometirden çox qaz  göndəririk. Gələcəkdə bu rəqəmi otuz milyard klometre çatdırmaq niyyətindəyik. Neft azalsada yenədə Avropanın neft təchizatında yüksək Azərbaycan nefti özünün aparıcı rolunu oynamağda davam edir. Məhz bu xarici siyasətimizin uğurla həyata keçirilməsində böyük təkan verir. Azərbaycan həm də Avropayla Asiyanı birləşdirən tranzit dəmir yolu və nəqliyyat kənarlarının qovşağıdı bunun hesabına ölkəmiz nəqliyyat qovşağı kimi dünya siyasi proseslərinə ciddi təkan verir.

Qabil Hüseynli qeyd edir ki, gələcəkdə zəngəzur dəmir yolu xətti çəkildikdən sonra Azərbaycanın logistika imkanları daha da genişlənəcək, bu da Azərbaycan xarici siyasətinə yeni uğurlu addımlar atmağa imkan yaradacaq . Xarici siyasətimi bizimlə dostluq əlaqələrində olan dövlətlərin sayını hər gün birazda artırır. Bu gün biz 120 ölkənin daxil olduğu qoşulmayanlar hərəkatının sədriyik. Azərbaycanın bu hərəkata sədirliyi 1 ildə uzadılıbdı. Bu isə o deməkdir ki, Azərbaycan artıq xarici siyasətdə ciddi uğurları ilə seçilir və bu uğurlarda ciddi dəyərləndirilir Azərbaycan Türk dövlətlər birliyinin təsirçilərindəndi və Türk dövlətlər birliyinin möhkəmləndirilməsidə böyük rol oynayır.

Azərbaycan həmçinin Qaradəniz əməkdaşlıq təşkilatının içində də fəal iştirak edir. İslam əməkdaşlıq təşkilatındaki oynadığı rolda ciddi qiymətləndirilir. Bu gün islam əməkdaşlıq təşkilatı beynalxalq siyasətin həlledici amillərindən birinə cevrilib və bu məsələdə də Azərbaycanında özünə məxsus payı var. Ölkəmizin iqtisadi və siyasi inkişafı uğurlu xarici siyasətinin həyata keçirilməsinin mənbələrindən biridir. Bu məsələ artıq hər gün birazda öz rolunu artırır.

Nərminə Eyyubova

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…