30 baxış
Bu yazını paylaşın
İdman

Bu gün Avropa çempionatı başlayır – Açılışı Əliyar Ağayev edəcək

21 İyun 2023

Bu gün futbol üzrə gənclər arasında (U-21) Avropa çempionatının final mərhələsi start götürür.

Telejurnal Qol.az-a istinadən xəbər verir ki, yarış 16 komandanın iştirak edəcəyi yarışa iki ölkə – Gürcüstan və Rumıniya ev sahibliyi edəcək.

Komandalar 4 qrupa bölünüb:

A qrupu: Gürcüstan (təşkilatçı ölkə), Portuqaliya, Belçika, Niderland

B qrupu: Rumıniya (təşkilatçı ölkə), İspaniya, Ukrayna, Xorvatiya

C qrupu: Çexiya, İngiltərə, Almaniya (hazırkı çempion), İsrail

D qrupu: Norveç, İsveçrə, Fransa, İtaliya

Yarışın açılış oyunu bu gün Tiflisdəki “Mixail Mesxi” adına stadionda keçiriləcək. Belçika və Niderland komandaları arasında keçiriləcək matçı başda Əliyar Ağayev olmaqla azərbaycanlı hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…