38 baxış
Bu yazını paylaşın
Dünya

Bu gecə Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib. “Report” yerli teleqram kanallara istinadən xəbər verir ki, şəhərə dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir. Rusiyanın TASS agentliyi Komsomolski prospektində dron qalıqlarının aşkarlandığını təsdiqləyib. Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb. Qeyd edək ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

24 İyul 2023

Çinin şimal-şərqindəki Heyluntszyan əyalətinin Ciciqar şəhərində orta məktəbin ərazisində idman korpusunun tavanının uçması 9 nəfərin ölümünə səbəb olub, daha ikisi dağıntılar altındadır.

Telejurnal  xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl telekanal məlumat verib ki, bazar günü Pekin vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 12:00) şəhərin təhsil müəssisələrindən birində tavan uçub. Nəticədə azı 10 nəfər dağıntılar altında qalıb.

Daha iki nəfərin hələ də itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İstintaqın ilkin məlumatlarına görə, təmir işlərinin aparılması qaydalarının pozulması səbəbindən idman binasının dam örtüyü zədələnib. Sonradan yağan yağışlar onun dağılmasına yol açıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…