59 baxış
Bu yazını paylaşın
Müsahibə

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil- Azər Nafiyev

25 İyun 2023

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Telejurnal.az Qurban bayramının  önəmi və dəyəri ilə bağlı Azər Nafiyevdən müsahibəni təqdim edir.

1.Azər bəy Qurban bayramının Azərbaycan xalqı və müsəlman aləmi üçün nə dərəcə önəmlidir?

Qurban bayramı  – İslam aləmində ən möhtəşəm bayramlardan biridir.

Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər.

Qurban bayramı ən qədim bayramlardandır.  Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılıb.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

2.Qurban kəsərkən nələrə diqqət edilməlidir? Qurbanlıq necə seçilməlidir?

Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır. “Qurani-Kərim”də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)” – Həcc surəsi 34-cü ayə.

Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:

1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.

2. Bəqar (inək və camış cinsləri) 1-dən artıq yaşı tamam olmalıdır.

3. Qoyun (qoyun və keçi cinsləri) 7 və ya 8 aylığından artıq olmalıdır.

 

3.Qurban bayramı paylaşma ayıdır.İnsanlar ilə bu paylaşımları necə edə bilərik?

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” – Həcc surəsi, 37-ci ayə.

Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.

1. Qurban kəsənin ailə üzvlərinin payı;

2. Onun “sileyi-rəhm”, yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;

3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.

4.Qurban kəsmək mütləqdirmi?

 Qurban bayramında qurban kəsmək məcbur deyil. Bu şəxslərə qurban kəsmək uyğundur ki, əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

5.Qurban kəsilən heyvanı bəzən kəsməzdən öncə bəzəyir, boynuna lent dolayır, xına qoyurlar, bu düzgündürmü?

Dinimizdə qurbanlıq heyvanın bəzədilməsi ilə bağlı hökm yoxdur. Bu, illərlə formalaşmış adətdir. Məsələn, qurbanlıq heyvanın qanının alına çəkilməsi adəti… Bunlar dinlə əlaqəli deyil. Adət-ənəndir, din bu barədə nə müsbət, nə də mənfi fikir söyləyir. Kimsə bunu edirsə, öz şəxsi işidir. Amma bunu dini ayin kimi icra edirsə, yanlışdır.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…