105 baxış
Bu yazını paylaşın
Siyasi

BŞİH başçısı: “Bakıda qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır”

28 Aprel 2022

“Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır”.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, bunu  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar mövcuddur:

“Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”.

İcra başçısı qeyd edib ki, nə az nə çox qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır:

“Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma yenə deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…