83 baxış
Bu yazını paylaşın
Siyasi

Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilib

30 İyun 2022

Brüssel, 30 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Avropa Parlamentində erməni işğalından azad olunmuş Azərbaycanın Zəngilan rayonundakı Ağalı kəndində uğurla həyata keçirilən “Ağıllı kənd” layihəsinin təqdimatı keçirilib.

tədbirdə Avropa Parlamentinin özündə birləşdirən “Ağıllı kənd”lər üzrə parlament qrupunun 45 üzvü ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov iştirak ediblər.

Mirzə Əliyev Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri barəsində ətraflı məlumat verib, Ağalı “Ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işləri avroparlamentarların diqqətinə çatdırıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Ən yüksək beynəlxalq standartlara cavab verən bu layihə çərçivəsində həmin kənddə yaşayacaq vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi və bu məqsədlə ən müasir rəqəmsal, həmçinin texnoloji həllərin tətbiqi böyük maraqla qarşılanıb. Tədbirdə yaşıl enerji mənbələri, enerji səmərəliliyi, ağıllı kənd təsərrüfatı üsullarının istifadəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Avropa Parlamentinin üzvləri ölkəmizdə bu istiqamətdə qazanılmış təcrübə ilə yerində tanış olmaq üçün Azərbaycana səfər etmək niyyətində olduqlarını bildiriblər.

Eyni zamanda, Brüsseldə yerləşən Avropa Ağıllı Kəndlər Forumunun təşkilatçılığı və Belçikadakı Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilmiş növbəti təqdimatda Avropa Parlamentinin deputatları, Avropa Komissiyasının rəsmiləri, Belçikadakı diplomatik korpusun əməkdaşları, tədqiqat mərkəzlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa Parlamentinin üzvü, Avropa Ağıllı Kəndlər Forumunun həmsədri Frank Boqoviç və səfir Vaqif Sadıqov layihənin əhəmiyyətini vurğulayıblar. Daha sonra, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qonaqları Ağalı “Ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işlər haqqında məlumatlandırıb.

Növbəti tədbirdə Ağalı “Ağıllı kənd” layihəsini təqdim etmək məqsədilə Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, Qonşuluq Siyasəti və Kənd Təsərrüfatı üzrə Baş Direktorluqlarının rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı Mirzə Əliyev sözügedən layihə barədə təqdimatla çıxış edib və sualları cavablandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…