33 baxış
Bu yazını paylaşın
Dünya

Britaniyanın XİN başçısı Ərdoğanın Rusiyanı taxıl müqaviləsinə qaytaracağına ümid edir

20 İyul 2023

Britaniya ümid edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün yenidən danışıqlara cəlb edə biləcək.

Telejurnal  xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

“Mən həqiqətən ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinə inandıra bilər, çünki bu, insanları aclıqdan xilas etməyə və taxılın beynəlxalq qiymətlərini aşağı salmağa kömək edir”, – Kleverli bildirib.

O əlavə edib ki, Ərdoğan taxıl təşəbbüsünün təminatında Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə iştirak edərək dünyanın bir çox insanı adından inanılmaz dərəcədə vacib işlər görüb.

Xarici işlər naziri Rusiyanı dünya aclığından siyasi təsir üçün istifadədə ittiham edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…