42 baxış
Bu yazını paylaşın
Siyasi

Britaniyalı deputat: Azərbaycanla Böyük Britaniya arasındakı dostluq münasibətləri 30 ildir yüksək səviyyədə davam edir

10 Mart 2022

Azərbaycanla Böyük Britaniya arasındakı dostluq münasibətləri 30 ildir ki, yüksək səviyyədə davam edir.
” TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatı Deyvid Duquid söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Həmçinin Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatına böyük sərmayə qoyan ölkələrdən biri olduğunu söyləyən parlamentari bildirib ki, 600 Böyük Britaniya şirkəti Azərbaycanda fəaliyyətini davam etdirir və bu say artmağa davam edir.
“Birləşmiş Krallıq Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verir və təsadüfi deyil ki, Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərirlər”, – deyə Deyvid Duquid vurğulayıb.
O, Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…