30 baxış
Bu yazını paylaşın
Siyasi

Britaniya xarici işlər nazirinin müavini: Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

31 Yanvar 2022

Böyük Britaniya hökuməti Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu faciəyə münasibətini bildirib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Parlamentin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən tərəfindən hökumətə ünvanlanmış yazılı müraciətdə hökumətin faciəyə münasibəti sorğu edilib.
Hökumətin mövqeyi Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris tərəfindən təqdim olunub.
Bləkmənin sualına cavab olaraq dövlət naziri Xocalı qətliamını Azərbaycan tarixinin faciəvi səhifələrindən biri kimi səciyyələndirib. O, Xocalı soyqırımının baş verdiyi dövrdə iqtidarda olmuş Birləşmiş Krallıq hökumətinin həmin hadisələri sərt şəkildə qınadığını xatırladıb. Dövlət naziri, həmçinin belə faciələrin gələcəkdə baş verməməli olduğunu vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…