14 baxış
Bu yazını paylaşın
Siyasi

Britaniya səfiri: “Azərbaycanın Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram”

22 İyun 2023

“Azərbaycanın Rusiyanın işğalı ilə mübarizədə minaların təmizlənməsi və digər həyatı əhəmiyyətli sahələrdə Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram”.

Telejurnal  xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

O, rəsmi Bakının Kiyevə dəstəklə bağlı konfransda iştirak etməsini yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı bildirib ki, rəsmi Bakı minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.

Nazir çoxsaylı insan təlafatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu deyib. O, bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyini söyləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…