25 baxış
Bu yazını paylaşın
Siyasi

Britaniya Müdafiə Nazirliyi: “Ukraynada müharibə Afrikanın ərzaq təhlükəsizliyini çətinləşdirəcək”

28 İyul 2023

Ukraynada müharibə Afrikanın ərzaq təhlükəsizliyini azından iki il çətinləşdirəcək.

TELEJURNAL  “Bild”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Rusiya “Taxıl sazişi”ndən çıxandan sonra Böyük Britaniya Müdafiə Nazirliyi Afrika ölkələrində ərzaqla bağlı vəziyyətə dair gündəlik hesabat hazırlayır.

Vurğulanıb ki, “Taxıl sazişi” icra olunarkən 30 milyon ton taxıl Afrikaya daxil olurdu. Bununla da Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələr ərzaq ehtiyaclarını ödəyirdi. Nazirlik bildirib ki, Rusiyanın “Taxıl sazişi”ndən çıxması artıq qiymətlərin bahalaşmasına səbəb olub.

“Bild”in yazdığına əsasən, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunda Afrika dövlətlərinin nümayəndələrini sakitləşdirməyə çalışır. O, Rusiyanın tezliklə bəzi Afrika ölkələrinə 25-50 min ton taxıl tədarük edəcəyinə söz verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…