120 baxış
Bu yazını paylaşın
Dünya

Britaniya kəşfiyyatı: “Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq”

03 Avqust 2022

“Rusiya üçün döyüş sursatları daşıyan və Xersonu Krımla birləşdirən dəmiryolu xətti dağıdılıb. Həmin dəmiryolu xəttinin işləməsi ehtimalı azdır”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya qüvvələri bir neçə gün ərzində dəmiryolu xəttini təmir edə bilərlər: “Amma onların logistik təchzatında yenə də çətinliklər olacaq. Rusiya Xersonda, Dnepr çayı üzərində zədələnmiş Antonovski körpüsünün əvəzinə kiçik keçidlər təklif edir. Amma bu, mülki yox, hərbi istifadə üçündür”.

Məlumata görə, döyüşlər davam etdikcə Xersonda mülki əhalinin çıxması prosesi sürətlənəcək: “Ərzaq qıtlığı oradakı mülki əhalinin sayını azalmasına səbəb olacaq. Bu, nəqliyyat qovşaqları və marşrutlar üçün çətinlik yaradacaq. Nəticədə nəqliyyat xətlərinə nəzarət labüd olacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…