32 baxış
Bu yazını paylaşın
Dünya

Britaniya kəşfiyyatı: “Ukrayna 3 min kvadrat km-dən artıq ərazini işğaldan azad edib”

12 Sentyabr 2022

“Ukrayna Silahlı Qüvvələri Londondan ən azı iki dəfə böyük ərazini (3 min kvadrat km-dən artıq ərazini) azad edib”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Ukraynanın sürətli hücumu qarşısında Rusiya qoşunlarını Oskol çayının qərbindən, işğal etdiyi Xarkov vilayətindən çıxarmaq əmrini verdiyi ehtimal olunur. Sentyabrın 7-dən Ukrayna Londondan ən azı iki dəfə böyük olan ərazini (3 min kv km-dən çox) geri alıb.

Bildirilib ki, Rusiya hərbçiləri yalnız müdafiə olunmağa məcburdur: “Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları rusiyalı əsgərlərin öz ali hərbi rəhbərliklərinə inamını daha da sarsıdacaq”.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın cənubunda – Xerson yaxınlığında Rusiya yetərincə ehtiyatı Dnepr çayı üzərindən cəbhə xəttinə daşımaq üçün mübarizə aparır. Rusiyanın iki həftədən çox əvvəl qurşandırmağa başladığı müvəqqəti üzən körpü üzərində işlər hələ də yarımçıq qalıb: “Ukraynanın uzaqmənzilli artilleriyası Dnepr çayı üzərindəki keçidləri o qədər tez-tez vurur ki, Rusiya zədələnmiş yol körpülərini təmir etməyi çatdıra bilmir.

Ukraynanın cəbhədəki sürətli uğuru Rusiyanın ümumi əməliyyat sxeminə ciddi təsir göstərir.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna qüvvələri sentyabrın 6-da Xarkov vilayətində hücum əməliyyatlarına başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…