41 baxış
Bu yazını paylaşın
Dünya

Britaniya kəşfiyyatı: “Rusiyaya dəstəklə bağlı İran ali rəhbərliyində ziddiyyət yaranıb”

02 Avqust 2023

“İran rəhbərliyi arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb”.

TELEJURNAL   xəbər verir ki, bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın heç bir fərq qoymadan Ukrayna şəhərlərinə hücumu Tehran rejimində daxili çəkişmələrə səbəb olub.

R.Mur Ukraynanın davam edən əks-hücum əməliyyatlarının uğurlu olduğunu söyləyib: “Ukraynalı komandirlər rus həmkarlarından fərqli olaraq, öz əsgərlərinin həyatını qorumaq istəyirlər. Buna görə də daha ehtiyatlı davranırlar”.

Britaniya rəsmisi düşünür ki, Qərbin məqsədi Rusiya ordusunun Ukrayna ərazisindən çıxmasıdır: “Sülh şərtlərini biz yox, Ukrayna müəyyən etməlidir. Bizim işimiz Ukraynanı ən güclü mövqedən çıxış etməsinə dəstək olmaqdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…