50 baxış
Bu yazını paylaşın
Siyasi

Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”

26 İyul 2023

“Taxıl Sazişi”nin müddəti başa çatdıqdan sonra Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər”.

TELEJURNAL  BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının hesabatında bildirilib.

Britaniya kəşfiyyatı qeyd edir ki, Qara Dəniz Taxıl Təşəbbüsü həmin dənizdə hərbi əməliyyatların yaranmasının qarşısını alırdı, lakin hazırda regionda zorakılığın intensivliyinin və miqyasının artması təhlükəsi var.

Bildirilir ki, müasir “Sergey Kotov” gəmisi Bosfor boğazı ilə Odessa arasında gəmiçilik marşrutunda patrul xidməti aparmaq üçün Qara dənizin cənub hissəsinə göndərilib.

Britaniya kəşfiyyatının fikrincə, bu gəmi Ukraynaya göndərilən kommersiya gəmilərinin qarşısını almaq üçün Rusiyanın əməliyyat qrupunun bir hissəsi ola bilər.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi “Sergey Kotov” gəmisinə hücum edildiyini iddia etmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…