32 baxış
Bu yazını paylaşın
Dünya

Britaniya kəşfiyyatı: “Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb”

21 İyun 2023

“Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb”.

Telejurnal  xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya bu istiqamətdə əhəmiyyətli səylər göstərir: “Rusiya Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar körpünün üzərində, uzunluğu 9 km olan geniş müdafiə zonası qurub. Bu, onu deməyə əsas verir ki, Ukrayna qüvvələri Krıma hücum etmək iqtidarındadır”.

Bildirilib ki, Rusiya üçün əsas prioritet yarımadaya nəzarətdir.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Xatırladaq ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın bütün torpaqlarının, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…