80 baxış
Bu yazını paylaşın
Siyasi

Brenda Şaffer: “Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu artır”

06 Mart 2023

 

“Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu getdikcə artır”.

TELEJURNAL  xəbər verir ki, bunu “Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırma Proqramının birgə təşkil etdiyi “Avropanın enerji təhlükəsizliyində Cənubi Qafqazın artan rolu” adlı vebinarda deyib.

Ekspert qeyd edib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Aİ enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir.

B.Şaffer Azərbaycanın Cənub Qaz Dəhlizi və Yunanıstan-Bolqarıstan interkonnektoru kimi layihələrdə mühüm rol oynadığını vurğulayıb.

“Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması üçün böyük infrastruktur işləri görülüb. İndi Azərbaycan bu kəmərlə təkcə Bolqarıstana deyil, digər ölkələrə də qaz ixrac edə bilər”, – o vurğulayıb.

B.Şaffer əlavə edib ki, Azərbaycan gələcəkdə İsrail kimi üçüncü ölkələrdən enerji resurslarının nəqli və tranziti üçün enerji habına çevrilə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…