290 baxış
Bu yazını paylaşın
Uncategorized

“Braziliyada Azərbaycan haqqında informasiya deposunu qurmağa çalışıram” – Andreya Hiromi

10 Noyabr 2020

Braziliyalı ictimai fəal Andreya Hiromi Azərbaycana olan sevgisini “telejurnal”la bölüşdü.

Onun fikirlərini sizə təqdim edirik:

 

“Qarabağ münaqişəsi çərçivəsində 30 ilə yaxın bir danışıqlar fazası Azərbaycanın, məhz diplomatik həllin tərəfdarı olduğunu mübahisəsiz şəkildə göstərir. Digər ölkələr olsaydı, yəqin ki, güc yoluna baş vurar, beynəlxalq qurum və təşkilatlardan heç bir dəstək və razılıq gözləməzdi. Ona görə bu qədər müddət ərzində gözləyənlərin səbr gücünə, qələbəyə heç şübhə etməyənlərin inamına və hökumətin olduqca dərin zəka ilə qurduğu mükəmməl strategiyaya heyranam. Uzun zamandır yalnız Azərbaycanda gördüyüm bir xüsusiyyətə – strateji səbirə heyranam. Çünki onlar məqsədlərini, Qarabağı geri alacaqlarına dair verdikləri sözləri heç vaxt unutmadılar. Nə Dünya, nə ermənilər, nə də onların uğursuz hökumətləri gözləmirdi ki, 30 il müddətində bu münaqişə Azərbaycan üçün elə ilk günkü qədər isti və aktual qalacaqlar.

Yüksək səviyyədə təlim keçmiş, dünyanın ən müasir silahları ilə silahlanmış bir ordusu, diqqətlə hazırlanmış çoxillik strategiyası və ən əsası vətənpərvər bir xalqı olan Azərbaycan Respublikasına dünya daha artıq daha çox hörmət edir. Dünyaya təqdim olunan ən yeni “silah” isə bəlkə də elə Şərəfli Azərbaycan Ordusunun özüdür. Bu ordu 21-ci əsrdə savaş əxlaqını, insaniyyət prinsiplərini nostaljik olaraq yenidən gündəmə gətirdi.
1915-ci il hadisələrindən sonra Osmanlı ərazisindəki ermənilərin çoxu Azərbaycana getdi. Onlar orada firavan və rahat bir həyat əldə etdilər. Bakıdan gəldiyini deyən ermənilərin, demək olar ki, hamısının universitetlərdə təhsil aldıqlarını və çoxuşaqlı olduqlarını görmək mümkün olub həmişə. Bu onu sübut edir ki, Azərbaycanın etnik ayırım etməmək və sakinlərinə yaxşı şərait yaratmaq üçün əlindən gələni əsirgəməyib. Ancaq görünür ki, bu da erməni genlərinə həkk olunmuş xarakter çatışmazlığını aradan qaldırmağa kifayət etmədi. Ermənilər ən çox vətənsizlikdən əziyyət çəkdikləri halda onlara vətən olmuş bir ölkəyə – Azərbaycana belə xəyanət edə bildilər. Sovet İttifaqının dağılması ərəfəsində həssas və özünün zəif dövrlərini keçirən Azərbaycanın dünya tərəfindən tanınmış torpaqlarının 20 faizini işğal etdilər.

Mən isə bir Cənubi Amerika sakini olaraq Azərbaycana ancaq öz bir neçə cümləlik fikirlərimlə dəstək ola bilərəm. Bu bir azərbaycanlının həyatında nəyi dəyişəcək? Yəqin ki, heç nəyi. Amma mən öz vicdan borcumu yerinə yetirməliyəm.

Unutmamalıyıq ki, ilk müsəlman qadın diplomat məhz azərbaycanlı etnosunun nümayəndəsi Sara Xatun olmuşdur. Onun diplomatik səyləri ilə qüdrətli Osmanlı Sultanı II Mehmet arasında müqavilələr bağlandı. O vaxtdan möhkəmlənmiş siyasi birlik bu günkü Türkiyə və Azərbaycan arasında hələ də qüvvədədir. Bunu onu göstərir ki, Azərbaycan xalqı və onu təmsil edən dövləti diplomatik əlaqələrə və bu əsnada verilən sözlərə, imzalanan müqavilələrə son dərəcə ciddi bir önəm verərək sadiq qalırlar. Məncə, Azərbaycanın əsas nişanəsi elə bu olmalıdır. Diplomatiya və imzalanan müqavilələrə sadiklik.
Bu, gələcəkdə Braziliya və ümumilikdə Cənubi Amerika ilə Azərbaycan arasındakı beynəlxalq əlaqələrin qurulmasında təməl rolunu oynayacaq və beləliklə, Azərbaycanda iqtisadiyyat və turizmin inkişafına öz töhfəsini verəcəkdir. Mən belə düşünürəm.

Amma, bütün bunların baş verməsi üçün, düşünürəm ki, 200 milyondan çox braziliyalının, ən azından onların yarısının fikrini dəyişdirməliyəm. Məncə mənim Azərbaycan qarşısında olan öhdəliyim Azərbaycan həqiqətlərini Braziliyaya və bütün Latın Amerikasına çatdırmaqdır. Bu məqsədlə Azərbaycan ərazisinə olan hücumlar, ölkədəki multikultural mühit, siyasi mövqeyindəki maksimum tərəfsizlik, Azərbaycanda və onun xalqında mövcud olan bütün gözəlliklər barədə xəbərlər yaymışam.

İndi isə Braziliyada Azərbaycan haqqında informasiya deposunu qurmağa çalışıram ki, araşdırma fondları və gələcək universitet tələbələrinin istifadə edə bilsinlər. Həmçinin, portuqal dilində qlobal təbliğat kampaniyaları aparıram. San-Paoloda böyük sənətkarlar və mədəni hərəkat fəalları ilə görüşlər təşkil edirəm. Bir sözlə, Azərbaycan üçün əlimdən gələni edirəm, ordan mənə gələn bütün məlumatları yoxlayıb araşdırıram ki, nəticədə ideal azərbaycanlı simasına bütün dünya şahid olsun.

Bütün bunlara görə əldə edə biləcəyim ən böyük qazanc sadəcə və sadəcə gözəl ölkənizin beynəlxalq arenada böyüməsinə, təkamül etməsinə şahidlik etməkdir. Sizin sevinciniz həm də mənimdir.

Şərəfim naminə söz verirəm ki, ömrüm boyunca Azərbaycanı qorumağa çalışacağam. Buna söz verir, altına da ruhumla imza atıram. Bir gün bu yolda ikən ölsəm, sevdiyimi ruhumun həqiqəti ilə müdafiə etdiyim üçün yenə də rahat olaram.

Məni dinlədiyiniz üçün, çox uzaqda olsam da sevgimi hiss etdiyiniz üçün sizə təşəkkür edirəm. Çox uzaqda olsam da sevgimin okeanları keçərək sizlərə gəlib çatması məni çox sevindirdi.”

Andreya Hiromi

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…