46 baxış
Bu yazını paylaşın
Siyasi

Braziliya şəhərində 28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

27 May 2022

Braziliya Federativ Respublikasının paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının səfirliyi tərəfindən 28 May-Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

TELEJURNAL xəbər verir ki, Аzərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və hökumət qurumlarının, təhsil və elm dairələrinin, yerli KİV-lərin nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbir Azərbaycan və Braziliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Elxan Poluxov çıxış edərək, tədbir iştirakçılarına ölkəmiz və 28 May-Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verib. Səfir qeyd edib ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa edən Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşmiş, lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan müdrik siyasət nəticəsində bu çətinliklər aradan qaldırılıb və Azərbaycan uğurlu inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti sayəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələrini uğurla icra edən Azərbaycan regionun lider ölkəsinə çevrilib.

Azərbaycan ilə Braziliya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirən səfir, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Braziliyaya cari ilin may ayının əvvəlində etdiyi səfəri xüsusi qeyd edib. Bildirilib ki, bu il Səfirliyin Braziliyada fəaliyyətinin 10 illiyi qeyd olunmaqla bərabər, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin dinamik inkişafı müşahidə olunur.

Səfir həmçinin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən söz açıb. O, 30 ildən artıq işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edildiyini və hal-hazırda həmin ərazilərdə bərpa quruculuq işlərinin sürətlə davam etdiyini qonaqların diqqətinə çatdırıb. Bu xüsusda E.Poluxov Braziliya dövlətinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini xüsusi vurğulayıb.

Braziliya tərəfini təmsil edən yerli Konqresdə Braziliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri konqresmen Klaudio Kajado və Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Nunsinyo Trad çıxış edərək iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir.

Çıxışlardan sonra qonaqlar Azərbaycan musiqisi, mədəniyyəti və mətbəxi ilə tanış olaraq tədbirə davam ediblər.

Ziyafətlə davam etdirilən tədbir çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif materiallar təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…