22 baxış
Bu yazını paylaşın
Dünya

Braziliya “Ndrangeta” mafiyasının başçısını İtaliyaya ekstradisiya edib

06 İyul 2022

Bakı, 6 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Braziliyanın hüquq-mühafizə orqanları narkotik ticarəti üzrə dünyanın aparıcı qruplaşmalarından biri hesab olunan “Ndrangeta” mafiyasının başçısı Rokko Morabitonu İtaliyaya ekstradisiya edib.

ANSA agentliyi xəbər verir ki, mafiya başçısını gətirən təyyarə səhər saatlarında Romanın “Ciampino” hava limanına enib.

Qeyd olunur ki, 56 yaşlı Rokko Morabito və digər iki mafiya üzvü 2021-ci ilin mayında Braziliya Federal Polisi tərəfindən həbs edilib. Əməliyyat İtaliya karabinyerlərinin, FTB-nin və ABŞ-ın narkotiklərlə mübarizə idarəsinin (DEA) dəstəyi ilə həyata keçirilib. Morabito İtaliyada 30 il müddətinə azadlıqdan məhrum edilmişdi.

“Ndrangeta” İtaliyanın Kalabriya vilayətində yerləşən böyük mütəşəkkil cinayət qruplaşmadır. O, Siciliya, “Cosa Nostra” və “Neapol Kamorrası” mafiyaları qədər məşhur olmasa da, dünyanın ən güclü cinayətkar qruplaşmalarından biridir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…