25 baxış
Bu yazını paylaşın
İqtisadi

Braziliya aviaşirkəti elektriklə işləyən uçan taksi istehsal edəcək

21 İyul 2023

Braziliyanın təyyarə istehsalçısı olan Embraer şirkəti elektriklə işləyən uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında zavod tikəcəyini açıqlayıb.

Telejurnal.az  xəbər verir ki, altı sərnişin tutumlu kiçik helikopterə bənzəyən taksilərin 2026-cı ildə səmada olması planlaşdırılır. Bu avtomobillə səyahətin adambaşına 50-100 dollar arasında başa gələcəyi gözlənilir.

Şirkət artıq 3000-ə yaxın hava taksisi üçün sifarişi aldığını bildirib.

Şaquli olaraq qalxıb enə bilən avtomobillərin uçuş-enmə zolağına ehtiyacı yoxdur və təyyarələr kimi uzun məsafə qət edə bilir. Elektrik mühərrikləri standart təyyarələrlə müqayisədə səs-küyü və çirklənməni də azaldacaq. O, həmçinin yük daşımalarına alternativ olacaq.

Pilotsuz uçuş aparatlarına bənzər sərnişin avtomobilləri ilk olaraq taksi parklarında istifadə ediləcək. Onlar əvvəlcə pilot tərəfindən idarə ediləcək, gələcəkdə isə uçuşlar pilotsuz həyata keçiriləcək. Avtomobillər 100 faiz elektriklə işləyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…