55 baxış
Bu yazını paylaşın
Dünya

BQXK Ermənistanın hücumlarını pislədi

05 Oktyabr 2020

“Dağlıq Qarabağ münaqişəsi gərginləşdikcə, əhalinin yaşadığı ərazilərə ağır partlayıcı silahlardan istifadə ilə edilən hücumların artması mülki əhalinin ölümünə səbəb olur”.

Bu barədə “telejurnal”ya Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) məlumat daxil olub.

“BQXK, mülki şəxslərin həyatlarını itirdikləri və dəhşətli yaralanmalara məruz qaldıqları böyük şəhərlərdə, qəsəbələrdə və digər yaşayış yerlərində fərq qoymayan mərmi və digər partlayıcı silahdan istifadə edərək həyata keçirilən və qanunsuz olduğu iddia edilən hücumları qətiyyətlə pisləyir.

Mülki şəxslər və xəstəxanalar, məktəblər və bazarlar kimi mülki infrastrukturu qorumaq və fərqləndirmək üçün bütün mümkün tədbirlər görülməlidir. Mülki şəxslərin su təchizatı da müdafiə olunmalıdır. Bu, beynəlxalq humanitar hüquqa görə götürülmüş öhdəlikdir”, – deyə BQXK-nın Avrasiya üzrə Regional Direktoru Martin Şüepp məlumat verib.

Bölgədəki sentyabrın 27-dən bəri davam edən döyüşlərin nəticəsində təmas xəttinin hər iki tərəfində çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığı bildirilir. Son günlərdə əhalinin məskunlaşdığı ərazilərdə ağır və partlayıcı silahların istifadəsi artıb. Yüzlərlə ev və xəstəxanalar, məktəblər kimi əsas infrastruktur ağır artilleriya atəşləri və raketlər daxil olmaqla hava hücumları nəticəsində dağılmış və ya zədələnib. Yol, elektrik və qaz təchizatı, kommunikasiya şəbəkələri də zədələnib. Təhlükəsiz sığınacaq axtaran ailələr yaşayış yerlərini tərk edir, digərləri isə qızdırılmayan zirzəmilərdə gecə və gündüz sığınıb. Yaşayış məntəqələrində yerləşən hərbi obyektlərə qarşı geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsi, fərq qoymayan və qeyri-mütənasib hücumları qadağan edən beynəlxalq humanitar hüquqa zidd sayıla bilər.

BQXK hesab edir ki, təsirin və mülki şəxslərə dəyə biləcək ziyanın nəticələrinin məhdudlaşdırması yönündə lazımı tədbirlər görülmədiyi halda geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsindən qaçılmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…