28 baxış
Bu yazını paylaşın
Dünya

Böyük Britaniyanın keçmiş baş naziri Tayvana səfər edəcək

09 May 2023

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass gələn həftə Tayvana səfər edərək ada rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir.

TELEJURNAL  TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir olaraq cəmi 1,5 ay çalışmış L.Trass özü məlumat yayıb.

“Tayvan azadlıq və demokratiyanın çırağıdır. Pekin rejiminin getdikcə aqressiv hərəkətləri və ritorikası fonunda şəxsən Tayvan xalqı ilə həmrəylik nümayiş etdirməyi səbirsizliklə gözləyirəm”, – o deyib.

Hazırda Britaniya Parlamentinin İcmalar Palatasının sıravi üzvü olan L.Trass “Prospect Foundation” (Yuanjing Jijinhui) analitika mərkəzində çıxış etmək niyyətindədir. Aprel ayında o, separatizmi təbliğ etdiyinə və “vahid Çin” prinsipini pozduğuna görə rəsmi Pekin tərəfindən sanksiya siyahısına daxil edilib. Çünki bu ilin əvvəlində L.Trass Vaşinqton və Tokioda çıxış edərək, Qərb dövlətlərini və onların müttəfiqlərini Çinə qarşı daha sərt mövqe tutmağa çağırıb.

“The Guardian” yazır ki, xarici siyasət gündəminə diqqət yetirən və ifrat solçu fikirləri tənqid edən L.Trass siyasi karyerasını canlandırmağa çalışır. Keçən il sentyabrın 6-da baş nazir olduqdan sonra onun Pekinə qarşı sərt mövqe tutacağı və Londonun indi rəsmi olaraq yalnız Rusiyanı xarakterizə etdiyi kimi, Çini də Böyük Britaniyanın təhlükəsizliyinə təhdid elan edəcəyi gözlənilirdi. Lakin artıq oktyabrın 25-də L.Trass təqdim etdiyi iqtisadi planın bazarlarda çaxnaşma yaratmasından sonra həmkarlarının təzyiqi ilə vəzifəsini tərk etdi.

Martın ortalarında Britaniya Nazirlər Kabineti Birləşmiş Krallığın Hərtərəfli Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət İcmalının yenilənmiş versiyasını yayımlayıb. Orada qeyd edilib ki, Çin Böyük Britaniyanın həm təhlükəsizlik, həm də dəyərlər baxımından görmək istədiyi beynəlxalq nizam forması üçün müəyyən edən problem yaradır. Amma sənəddə Çin “təhdid” adlandırılmır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…