24 baxış
Bu yazını paylaşın
Dünya

Böyük Britaniyada inflyasiya 40 ilin pik həddinə çatıb.

20 İyul 2022

Böyük Britaniyada inflyasiya 40 ilin pik həddinə çatıb.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Böyük Britaniyada illik inflyasiya iyun ayında 9,4 faizə yüksəlib, bu, 1982-ci ilin fevralından bəri ən yüksək səviyyədir.

Milli Statistika İdarəsi tərəfindən açıqlanan rəqəmlərə görə son bir ayda inflyasiya 0,3 faiz artıb.

Xüsusilə yanacaq və ərzaq məhsullarının bahalaşması inflyasiyanın artmasında təsirli olub. İyun ayında ərzaq məhsullarının qiymətlərində artım tempi 9,8 faiz təşkil edib.

May ayında bu nisbət 8,7 faiz idi və İngiltərədə ərzaq qiymətləri 2009-cu ilin mart ayından bəri bu sürətlə artmayıb.

Qiymətləri ən çox bahalaşan məhsullar isə süd, pendir və yumurtadır.

İngiltərə Bankı bundan əvvəl bu il ölkədə illik inflyasiyanın 11 faizə yüksələ biləcəyi barədə xəbərdarlıq etmişdi. Ölkədə faiz artımlarının davam edəcəyi gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…