20 baxış
Bu yazını paylaşın
Dünya

Böyük Britaniyada dəmir yolu işçiləri yenidən tətil edəcəklər.

15 İyul 2022

Böyük Britaniyada dəmir yolu işçiləri yenidən tətil edəcəklərini açıqlayıblar.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Milli Dəmir yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı maaşlarla bağlı danışıqlardakı çıxılmaz vəziyyətə görə iyulun 30-da birgünlük tətil edəcələrini bildiriblər.

“Network Rail”in bu il və gələn il maaşların 4 faiz artırılması təklifindən sonra verilən tətil qərarı haqqında danışan Həmkarlar İttifaqının baş katibi Mik Linç təklifin işçilər üçün əhəmiyyətsiz məbləğ olduğunu söyləyib. İşdən çıxarılmaların qarşısını almaq, əmək və təqaüd şərtlərini yaxşılaşdırmaq istəyən Həmkarlar İttifaqı bu il 11 faizə çatması gözlənilən inflyasiya səbəbindən artan yaşayış xərclərini kompensasiya etmək üçün maaşlarda ən azı 7 faiz artım tələb edir.

Qeyd edək ki, dəmir yolu işçiləri iyunun 23-25-də ölkə daxilində son 30 ilin ən böyük tətilini keçiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…