62 baxış
Bu yazını paylaşın
Dünya

Böyük Britaniyada baş nazirin ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020
Böyük Britaniyada baş nazirin ofisi qarşısında Gəncə terroruna etiraz edilib

Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.

Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib.

Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…