53 baxış
Bu yazını paylaşın
Dünya

Böyük Britaniya Suriyaya yeni sanksiyalar tətbiq edib

28 Mart 2023

Böyük Britaniya və ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinə yeni sanksiyalar tətbiq edib.

 

APA-ya istinadən TELEJURNAL  xəbər verir ki, yeni sanksiyalar 57 milyard dollar dəyərində olduğu təxmin edilən qeyri-qanuni kaptaqon ticarətinə görə məsuliyyət daşıyan şəxslərə tətbiq edilib.

Kaptaqon, bütün Yaxın Şərqdə istifadə edilən və dünya tədarükünün 80%-i Suriyada istehsal olunan yüksək dərəcədə asılılıq yaradan amfetamindir.

Bildirilib ki, Suriya hakimiyyəti bu ticarətdə yaxından iştirak edir və Latakiya limanı vasitəsilə kaptaqon digər ölkələrə daşınır.

Məlumatda Prezident Bəşər Əsədin qardaşı Maher Əsədin Suriya ordusunun bölməsinə komandanlıq etməsinin narkotikin paylanması və istehsalını asanlaşdırdığı vurğulanıb.

Böyük Britaniya və ABŞ bu ticarətlə məşğul olan şəxslərə qarşı koordinasiyalı sanksiyalar tətbiq edib. Böyük Britaniyanın sanksiya siyahısında narkotik istehsalçılarına ticarəti asanlaşdıran yüksək rütbəli rejim məmurlar və Yaxın Şərq ticarətinə cavabdeh olan Hizbullahın əsas tərəfdaşları var. Buraya tanınmış iş adamları, milis liderləri və Bəşər Əsədin qohumları daxildir. Sanksiyalarla müvafiq şəxslərin aktivləri dondurulub və Böyük Britaniyaya səyahətləri qadağan edilib.

Prezidentin qohumları Samer Kamal Al Asad, Vasim Badia Əl Əsəd də sanksiyaya məruz qalanlar arasındadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…