32 baxış
Bu yazını paylaşın
İdman

Bosniyalı sabiq futbolçu: “Jelezniçar”ın “Neftçi” kimi əla rəqiblə mübarizəsinə təəccübləndim”

31 İyul 2023

“Jelezniçar”ın “Neftçi” kimi əla rəqiblə mübarizəsinə təəccübləndim”

TELEJURNAL-ın məlumatına görə, bunu Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Seniyad İbriçiç yerli “Jelezniçar” klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirdiyi ilk oyun barədə danışarkən deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi Sarayevo klubundan cavab qarşılaşmasında uğurlu nəticə gözlədiyini bildirib: “Azərbaycan komandası buradakı matçda əlverişli nəticəni yalnız son dəqiqə qolu sayəsində əldə etdi. Oyunu tribunadan izləyirdim, gözəl atmosferdən həzz aldım. Avrokuboklardakı digər klublarımız kimi, “Jelezniçar”ın da mərhələ adlayacağına inanıram. Buradakı mübarizə buna ümid verdi”.

Qeyd edək ki, “Jelezniçar” – “Neftçi” oyunu 2:2 hesabı ilə başa çatıb. Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…