55 baxış
Bu yazını paylaşın
Dünya

Borrell: Bu, sadəcə başlanğıcdır, cəzasızlıq olmayacaq

18 Mart 2023

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarması prosesin yalnız başlanğıcıdır.

 

TELEJURNAL  xəbər verir ki, Borrelin “Twitter” səhifəsində yazdığı kimi, Rusiya prezidenti Putin Ukraynaya qarşı törədilən cinayətlərə görə məsuliyyətdən qaça bilməyəcək.

“Ukraynadan uşaqların qanunsuz deportasiyası və Rusiyaya köçürülməsi ilə bağlı hərbi cinayətə görə Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı BCM-nin qərarı cinayət təqibi prosesinin başlanğıcıdır. Biz BCM-nin işini yüksək qiymətləndirir və dəstəkləyirik. Dünyada kimliyindən asılı olmayaraq, törətdiyi cinayət əməlinə görə heç kim cəzasız qala bilməz. Kütləvi qırğınlar və dinc əhaliyə, xüsusilə də uşaqlara qarşı törədilən cinatətlərə görə, bu əmri verənlər məsuliyyət daşımalıdır”, – deyə Borrell yazıb.

Ukrayna mətbuatı daha əvvəl verdiyi məlumata görə, martın 17-də məlum olub ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Məhkəmədə qeyd edildiyi kimi, uşaqların Ukraynadan deportasiyasına görə Rusiya prezidentinin şəxsən məsuliyyət daşıdığını düşünmək üçün “kifayət qədər əsaslar” var.

Sərəncam 123 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına Putini həbs etmək səlahiyyəti verir. Rusiya prezidentinin spikeri Dmitri Peskov orderin verilməsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski BCM-in bu qərarını tarixi qərar adlandırıb.

ABŞ prezidenti Bayden bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermək qərarı “çox sərt mövqedir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…