17 baxış
Bu yazını paylaşın
Siyasi

Borrell: “Aİ-də Quranın yandırılması təhqiramiz təxribatdır”

27 İyul 2023

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Avropada Quranın yandırılması hallarının təhqir, hörmətsizlik və aşkar təxribat olduğunu açıqlayıb, bunun Avropada qanuni, etik olmasa da, qanuni olduğunu qeyd edib.

TELEJURNAL  TASS-a istinadən xəbər verir ki, bu barədə onun Aİ-nin xarici siyasət xidməti tərəfindən yayılmış bəyanatında deyilir.

“Avropada ayrı-ayrı şəxslərin çox sayda müsəlmanı təhqir edən son hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyə təhrikin istənilən formasını qətiyyətlə rədd etdiyini bildirir. Müxtəlifliyə hörmət Aİ-nin əsas dəyərlərindən biridir. Buraya digər dini icmalara hörmət də daxildir. Qurana və ya müqəddəs sayılan hər hansı digər kitaba hörmətsizlik etmək təhqiramiz addım, hörmətsizlik və açıq-aşkar təxribatdır. Aİ-də irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün ifadəsinə yer yoxdur. Biz din və inanc azadlığını, həmçinin xaricdə və daxildə ifadə azadlığını müdafiə etməyə davam edirik, qanuni olan hər şey etik deyil”, – o söyləyib.

J.Borrell hamını birliyə və qarşılıqlı hörmətə çağırıb və ayrı-ayrı təxribatçıların əməllərinin yalnız cəmiyyətimizi parçalamaq istəyənlərə xidmət etdiyini vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…