151 baxış
Bu yazını paylaşın
Siyasi

Boris Xetaqurov: “Zabelin Milli Məclisdən geri çağırılmalıdır”

27 Mart 2022

“Mixail Zabelinin imzaladığı bəyanatda yer alan fikirlərlə ötən gün tanış oldum və çox pis qəbul etdim. Necə ola bilər ki, belə danışasan?!”

“TELEJURNAL” xəbər verir ki, bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının sabiq həkimi Boris Xetaqurov Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran bəyanatına münasibət bildirərkən deyib.

Tanınmış mütəxəssis deputatın dediklərindən hiddətləndiyini bildirib:

“Birincisi, ümumiyyətlə, bu mövqedə olan bir icma Azərbaycanda niyə fəaliyyət göstərir? Bu icma, əksinə, Azərbaycan xalqını, dövlətimizin, Prezidentimizin apardığı siyasətini dəstəkləməlidir. Digər tərəfdən, o, Milli Məclisin deputatıdır. Onun Rusiyaya haqq qazandırması ilə qətiyyən razı deyiləm. Hazırda Ukraynanın işğalı aparılır”.

Onun fikrincə, Zabelinin Milli Məclisə namizədliyini irəli sürənlər və deputat seçənlər yığışmalı, ondan izahat tələb etməlidirlər:

“Çünki o, bütün rusları zərbə altında qoyur. Onlar rus deyillər, Azərbaycan vətəndaşlarıdırlar. Mən Rusiyadan gələrək, Azərbaycanda müvəqqəti yaşayanları rus hesab edirəm. Azərbaycan vətəndaşı olan ruslar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirlər. Zabelin isə Azərbaycan dövləti və onun Prezidentinin mövqeyinin əleyhinə addım atır. Ona görə də seçicilər Zabelindən izahat tələb etməli, belə müraciətə imza atıbsa, Milli Məclisdən geri çağırılması üçün müraciət etməlidirlər. Belə praktikalar olur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…